Ötən gün Türkiyə Superliqasına çıxacaq sonuncu iştirakçının adı bəlli olub. Korner.az-ın məlumatına görə, final görüşündə üz-üzə gələn Bank Asya birinci liqasının iki komandası "Kasımpaşa" və "Adanaspor" arasındakı matç dramatikliyi ilə diqqət çəkdi.
İki dəfə oyunda önə keçən "Kasımpaşa" bu üstünlüyü saxlaya bilməyincə matç uzatmalara getdi. Əlavə vaxtın bitiminə 3 dəqiqə qalmış "Adanaspor" müdafiəsindəki boşluq onlara baha başa gəldi. "Kasımpaşa" qələbə topunu vurunca Superliqaya vəsiqəni təmin etmiş oldu – 3:2.
Matçdan sonra məğlubiyyəri həzm edə bilməyən Adana təmsilçisinin azarkeşləri meydnı əsl cəhənnəmə çevirdilər.