Super Liqa klubundan yeni transfer
09.02.2024 , 18:13

“Fənərbağça” heyətinə yeni futnolçu cəlb edib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Fatih Karagümrük”dən Sərdar Dursunu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçu mövsümün sonuna kimi “Fənərbağça”da çıxış edəcək.
