Super Liqa klubundan yeni transfer
06.02.2024 , 10:40

“Adana Demirspor” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Santos”dan vinger Stiven Mendozanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı oyunçu ilə 1,5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev də “Adana Demirspor”da çıxış edir.
