Super Liqa klubundan getdilər
31.05.2024 , 10:12

“Adana Demirspor’un iki oyunçusu klubdan ayrılıb.
Korner.az xəbər verir ki, söhbət Dorukhan Toköz və Yusuf Ərdoğandan gedir.
Hər iki futbolçu klubla müqavilələrini birtərəfli olaraq ləğv ediblər.
“Adana Dəmirspor”un bir çox futbolçusu mövsüm ərzində ödəniş problemi səbəbindən klubu tərk edib.
Dorukhan Toköz bu mövsüm “Adana Demirspor”da 25 matçda forma geyinib və 1 məhsuldar ötürmə edib. Yusuf Ərdoğan isə 40 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
