“Sumqayıt”ın zədəli futbolçusunun son durumu
30.11.2023 , 18:47

“Sumqayıt”ın futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.
Korner.az xəbər verir ki, cinah oyunçusunun ayağı 14 gün müddətində gipsdə olacaq.
Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.
Kris 3-4 ay sonra məşqlərə başlaya biləcək.
Velinovski dünən “Lerik”lə kubok oyununda (6:0) ağır zədə alıb.
