“Sumqayıt”ın futbolçusu əməliyyat olunacaq
29.11.2023 , 22:31
“Sumqayıt”ın futbolçusu Kristian Velinovski sabah əməliyyat olunacaq
Korner.az xəbər verir ki, Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Lerik” – “Sumqayıt” oyununun 23-cü dəqiqəsində ağır xəsarət alaraq meydanı tərk edən futbolçu Kristian Velinovskinin ayağı sınıb.
Oyun başa çatdıqdan dərhal sonra “Sumqayıt”ın məşqçi və futbolçu heyəti xəstəxanaya gələrək yarımmüdafiəçiyə öz dəstəklərini nümayiş etdiriblər.
Velinovski sabah əməliyyat olunacaq. Futbolçunun yaşıl meydanlardan kənarda qalacağı müddət əməliyyatdan sonra dəqiq bilinəcək.