“Sumqayıt”ın əvəzediciləri yoxlama oyunu keçirəcək
13.01.2022 , 18:40

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzedici komandası yoxlama oyununda qüvvəsini sınayacaq.
Korner.az xəbər verir ki, sumqayıtlılar “Səbail-2” ilə qarşılaşacaq.
I Divizion təmsilçilərinin görüşü yanvarın 19-da baş tutacaq. “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçiriləcək qarşılaşmaya saat 14:00-da start veriləcək.
