21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 21-dən 30-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək. Korner.az-ın məlumatına görə, Bernhard Lippertin komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də və 5-də səfərdə Norveç və İslandiyanın qonağı olacaq. “Sumqayıt” Futbol Klubunun 10 futbolçusu – Abdulla Abasiyev, Orxan Həsənov, Emin Mustafayev, Eşqin Quliyev, Ruslan Tağızadə, Tərlan Quliyev, Murad Ağayev, Ruslan Qurbanov, Hacı Əhmədov və Bədavi Hüseynov heyətə çağırılıb.
