Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Sumqayıt” klubu ciddi itki ilə üzləşib. “Kimyaçılar” aparıcı futbolçusu Rəşad Eyubov bir müddətlik sıradan çıxıb.
Topaz Premyer Liqasının XXV turunda “Səbail”lə matçı kənardan izləyən futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Bu isə onun mövsümü erkən başa vurması deməkdi.
“Gənclik şəhəri” təmsilçisinin kapitanı Vurğun Hüseynov isə zədəsini tam olaraq bərpa edib. Təcrübəli futbolçu “Kəpəz”lə səfər matçında komandasına kömək edə biləcək.
