“Sumqayıt” Türkiyəyə yola düşdü
06.01.2024 , 11:18

“Sumqayıt” qış hazırlığı üçün Türkiyəyə yola düşüb.
Korner.az xəbər verir ki, “kimyaçılar” bu gün Antalyaya yollanıb.
Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 12 yanvar tarixində Rumıniyanın “Hermanştadt”, 16 yanvar tarixində isə Özbəkistanın “Soqdiana” klubları ilə qarşılaşacaq.
