“Sumqayıt” – “Turan Tovuz” oyunu 2 manata
15.02.2024 , 15:57

“Sumqayıt” – “Turan Tovuz” matçına bilet satışı davam edir.
Korner.az xəbər verir ki, 18 fevral, saat 15:30-da keçiriləcək qarşılaşmaya biletləri onlayn olaraq “iticket.az” saytından, fiziki formada 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyuna bir gün qalmış və oyun günü isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
