Premyer Liqanın II turu çərçivəsində səfərdə “Turan” üzərində qələbə qazanan (1:0) “Sumqayıt” klubu bir günlük istirahətin ardından yenidən məşqlərə başlayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bernhard Raabın komandası səhər saatlarında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb.
Zədəli olduğu üçün Tovuza yollanmayan Sabir Allahquliyev artıq komanda ilə birlikdə hazırlığa başlayıb. Yüngül zədəsi olan Uğur Pamuk isə fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Ruslan Qurbanov A millinin heyətində, Səlahət Ağayev və Murad Ağayev isə U-21-in düşərgəsində olduqlarından məşqlərə nisbətən gec qoşulacaq. “Sumqayıt” bu gün saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda növbəti məşqinə çıxacaq.
Əlavə edək ki, "Sumqayıt" növbəti turda doğma meydanda "Qarabağ" klubunu qəbul edəcək. Görüş avqustun 19-u, saat 18:00-da başlayacaq.
