“Sumqayıt” – “Kəpəz” VAR təyinatları
01.03.2024 , 13:22

Azərbaycan Premyer Liqasının XXV turunda bu gün keçiriləcək “Sumqayıt” – “Kəpəz” oyununun VAR təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, əsas VAR hakimi İnqilab Məmmədov olacaq. Ona Kamranbəy Rəhimov kömək edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyuna saat 19:00-da start veriləcək.
