Premyer Liqann 5-ci turunun qarşıdan gələn "İnter" – "Sumqayıt" görüşü hər iki komanda üçün sayca 3-cü olacaq.
Korner.az– ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunadək komandalar bir-birilə 2 dəfə qarşılaşıb və hər 2 oyun çempionat çərçivəsində keçirilib. "İnter" rəqibini hər 2 matçda məğlub edə bilib. Vurulan topların fərqi komandamızın xeyrinədir – 4:0.
Komandalar ilk dəfə ötən ilin sentyabr ayının 14-də çempionat çərçivəsində üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadinonda baş tutmuş həmin görüş 0:2 hesabıyla "İnter"in xeyrinə başa çatıb. "Bankirlər"in "Sumqayıt"la qarşılaşmasında ilk qolun müəllifi "İnter"in müdiəçisi Arif Daşdəmirov olub.
