Azərbaycan
kubokunda “Bakı”yla qarşılaşan “Sumqayıt” Futbol Klubu
Topaz Premyer Liqasının 16-cı turunda da “Bakı” ilə üz-üzə gələcək.
Korner.az-ın məlumatına görə, Sumqayıtda paytaxt klubunu qəbul edəcək Aqil Məmmədovun rəhbərlik etdiyi
komanda hazırlığını davam etdirir. Axşam baş tutan məşqdə qapıçı Tərlan Əhmədli
zədəli olduğu üçün iştirak etməyib. Zədəsini sağaltmış Aleksandr Çertoqanov isə
artıq komanda ilə birlikdədir.
Qeyd
edək ki, “Sumqayıt” – “Bakı” oyunu dekabrın 8-də saat
17:00-da Sumqayıt yeni meydançada keçiriləcək.
