AFFA-nın və Regional Futbol Federasiyaları İctimai Birliyinin təşkilatçılığı ilə 2000/2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçirilən “IV Region kuboku” turnirinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, UGİM (Mingəçevir) –“Sumqayıt” final oyunu 1:0 hesabı ilə Sumqayıt təmsilçisinin xeyrinə başa çatıb.
Və gənclik şəhəri təmsilçisi turnirin qalibi olub.
