"Sumqayıt" klubu istirahəti başa vurub. Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən axşam Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda tam heyətlə ilk məşqinə çıxan Bernhard Raabın komandası bugünkü hazırlıqda daha çox fiziki çalışmalar üzərində işləyib.
Ötən ay zədələnərək əli qırılan Emin Cəfərquliyev artıq komanda ilə birlikdə məşqlərə başlayıb. U-21-in düşərgəsində olan Səlahət Ağayev, Ruslan Qurbanov, Orxan Əliyev və Murad Ağayev isə hazırlığa nisbətən gec qoşulacaq. Komandanın növbəti məşqi axşam saat 17:00-da olacaq.
