“Sumqayıt” növbəti transferini reallaşdırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son olaraq “Araz Naxçıvan”da çıxış etmiş, 19 yaşadək futbolçulardan ibarət milli komandamızın da formasını geyinən Budaq Nəsirov komandayla 1,5 illik müqavilə imzalayıb.
1996-cı il təvəllüdlü futbolçu “Sumqayıt” FK-da 96 nömrəli futbol formasını geyinəcək.
