UEFA superkuboku uğrunda yarış bundan sonra təkcə Monakoda keçirilməyəcək.
Korner.az-ın məlumatına görə, bu haqda qurumun prezidenti Mişel Platini təşkil etdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 2013-cü ildə Çempionlar Liqası və Avropa Liqası yarışının qalibi arasında superkubok matçı Praqada, 2014-cü ildə Kardiffdə, 2015-ci ildə isə Tiflisdə baş tutacaq.
