Suares və Messi yenidən bir arada
22.12.2023 , 15:21

Braziliyanın “Qremio” klubu ilə müqaviləsi ilin əvvəlində başa çatacaq Luis Suares ABŞ təmsilçisi “İnter Mayami”yə transfer olunmaq üzrədir.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Tərəflər 1 illik müqavilə üçün razılığa gəlib. Bu transferlə uruqvaylı futbolçu “Barselona”da birlikdə oynadığı Lionel Messi ilə yenidən bir araya gələcək.
Suares və Messi 2014-2020-ci illərdə Kataloniya komandasında birgə çıxış ediblər.
