"Qalatasaray" və "Fənərbağça" arasında baş tutan derbidə Miroslav Stokun rəqib komandaya qarşı hörmətsizlik etməsi barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, oyundan sonra "sarı-qırmızılılar"ın formasını şortuna keçirən slovakiyalı futbolçu "Cim-Bom" azarkeşlərinin təzyiqinə məruz qalmışdı. Məsələ ilə bağlı açıqlama verən Stok bunları deyib: "Oyundan sonra Uyfaluşi ilə formaları dəyişdik. Mən də başqa klubun formasını qətiyyən geyinə bilmərəm. Rahat sevinə bilməyim üçün də formanı şorta saldım. Mən heç kimə hörmətsizlik etməmişəm".