“Spartak”ın baş məşqçisi məlum oldu
16.05.2024 , 21:11

Moskva “Spartak”ının yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Komandanı bundan sonra Deyan Stankoviç çalışdıracaq.
O, bu vəzifədə istefaya göndərilən Gilyermo Abaskalı əvəz edəcək.
