Çempionlar Liqası "play-off" oyunu çərçivəsində Rusiyanın Moskva "Spartak"ı ilə üz-üzə gələcək "Fənərbağça"nın oyununun hansı kanal vasitəsi ilə yayımlanacağı bəlli olub.
Korner.az-ın məlumatına görə, avqustun 21-də Moskvanın "Lujniki" stadionunda keçiriləcək matç "Star" TV vasitəsi ilə azarkeşlərə canlı təqdim olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:00 da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 1 həftə sonra avqust ayının 29-u saat 23:45-də "Şükrü Saracoğlu"nda olacaq.
