Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 32-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb. Korner.az növbəti turun təyinatları ilə sizi də tanış edir.
Qeyd edək ki, mövsümün son turunun bütün görüşləri eyni gündə – mayın 9-da keçiriləcək. Bundan əlavə bütün qarşılaşmalar eyni saatda – saat 17:30-da başlayacaq.
Oyunların başlama vaxtı və keçiriləcəyi stadionlar, eləcə də hakim və hakim-inspektor təyinatları aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
32-ci tur
9 may (çərşənbə)
“Neftçi” – “Bakı”
Hakimlər: Alik Yunusov, Hüseyn İmanov, Maya Nəbiyeva, Elxan Müslümov
Hakim-inspektor: Sahib Əliyev
“Dalğa Arena” stadionu.
“Qəbələ” – “Kəpəz”
Hakimlər: Fərid Məmmədov, Ramil Namazov, Mətin Vəliyev, Elçin Qasımov
Hakim-inspektor: Əvəz Şıxıyev
Qəbələ şəhər stadionu, yardımçı meydança.
“İnter” – AZAL
Hakimlər: Namiq Bəkirov, Ruslan Nəsibov, Səbuhi Əmrahov, Əli Əliyev
Hakim-inspektor: Şakir Əmrahov
Zabrat qəsəbə stadionu.
“Simurq” – “Rəvan”
Hakimlər: Sərxan İsmayılov, Rəşad Abbasov, Qəzənfər Məmmədov, Taleh Məmmədov
Hakim-inspektor: Vaqif Hüseynov
Zaqatala şəhər stadionu.
“Turan” – “Qarabağ”
Hakimlər: Tahir Əhmədov, Müslüm Əliyev, Cavanşir Yusifov, Nail Nağıyev
Hakim-inspektor: Rafiq Məmmədov
Tovuz rayon Qaraxanlı qəsəbə stadionu.
“Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Xəlil Hüseynli, Rüfət Ələsgərov, İftixar Qəniyev, Qorxmaz Eldarov
Hakim-inspektor: Adil Ələsgərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, bu turun "Şəfa" stadionunda keçirilməli olan "İnter" – AZAL oyunu Zabrat qəsəbə stadionunda baş tutacaq.