Dünən ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “İnter”ə uduzan “Xəzər Lənkəran”da radikal dəyişikliyə gediləcək. Korner.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Cənub təmsilçisinin baş məşqçisi Cüneyt Biçərlə yolların ayrılmasına qərar verilib. Türkiyəli çalışdırıcının istefaya göndərilməsi bu gün və ya sabah rəsmi şəkildə bəyan olunacaq. Artıq vakant posta gətiriləcək şəxsin kimliyi də təxmini bəllidi. “Xəzər Lənkəran” rəhbərliyi komandanı Yunis Hüseynova tapşırmağı planlaşdırır. Eyni zamanda digər namizədlər nəzərdən keçirilir.
Qeyd edək ki, oyundan sonra lənkəranlı azarkeşlər Biçəri istefaya səsləmişdilər.