Skolari istefaya göndərildi
21.03.2024 , 21:37

“Atletiko Mineyro”nun baş məşqçisi Luis Felipe Skolari istefa verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
75 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Skolari 2023-cü ilin iyunundan “Atletiko Mineyro”nu çalışdırırdı.
