"Simurq"un hücumçusu Anatoliy Doroş Moldova Futbol Federasiyası tərəfindən yığma komandaya dəvət edilib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mayın 15-dən 28-dək davam edəcək təlim məşq toplanışına çağrılan 19 nömrəli futbolçu ölkəsinin ayın 23-də Venesuela və 26-da Salvadorla keçirəcəyi yoldaşlıq görüşlərində iştirak edəcək.
Qeyd edək ki, Anatoliy Doroş 2007-ci ilə qədər Moldovanın U-18 və U-21 komandalarına dəvət olunub və 11 rəsmi oyunda 2 qol vurub. Əsas yığmada isə 2007-ci ildən bu vaxta qədər 19 qarşılaşmada forma geyinib və 2 dəfə fərqlənib.