“Simurq” transfer çalışmalarını davam etdirməkdədi.
Korner.az-ın məlumatına görə, dünəndən düşərgəyə baxış üçün daha bir futbolçu qoşulub. Bu belçikalı yarımmüdafiəçi Benjamin Lambotdu. 26 yaşlı futbolçu bu günkü yoldaşlıq görüşündə forma geyinəcək. Onun haqqında son qərarı isə məşqçilər korpusu verəcək.
Lambotun son iş yeri Belçikanın “Lyerse” klubu olub. O, 2012-ci ildən çıxış etdiyi komandada 42 oyun keçirib. 26 yaşlı yarımmüdafiəçi əvvəllər Belçikanın “Tubize” (2001-2009, 79 oyun, 9 qol), “Ekselsior” (2010, 12 oyun) və “Antverp” (2009-2012, 85 oyun, 7 qol) klublarında çıxış edib. Məşhur “Transfermarkt” saytı ona 650 min avro qiymət qoyub.
