“Simurq” “Bakı” ilə matçın hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, Zaqatala klubunun itkilər var.
Belə ki, Rəşad Eyyubov sarı vərəqə limitini doldurduğu üçün meydandan kənarda qalacaq. Patrik Osiako, Usim Nduka və Mindauqas Kalonasın isə zədəsi var. Onların meydana çıxıb-çıxmayacağı oyun saatında bilinəcək. Əvəzində cəzası başa çatan Benjamin Lombat iş başında olacaq.