Almaniya millisinin və “Borrusiya Dortmund”un türk əsilli yarımmüdafiəşisi İlkay Gündoğan “Barselona”ya keçməyə yaxındır.
Korner.az-ın məlumatına görə, artıq “Barsa”nın həkimi Rikard Pruna İlkayı tam həkim nəzarətindən keçirmək üçün Almaniyaya gedib.
Qeyd edək ki, İlkay Gündoğan uzun müddətdir ki, zədəlidir. Yarımmüdafiəçi Almaniya – Paraqvay yoldaşlıq oyununda sıradan çıxmışdı. “Barselona”nın həkimi İlkayın zədəsinin nə qədər ciddi olduğunu yoxlayacaq. İlkay Gündoğan artıq məşqlərə qatılsada ayağında ağrıları hələ qalır. Məhz Rikardo Prunanın hazırlayacağı raportdam sonra yarımmüdafiəçinin keçidi həll olunacaq. Almaniya mətbuatının yaydığı məlumata görə gələn həftə İlkay Gündoğanın transferi həyata keçəcək.
