Dünya çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək hazırlıq üçün Gürcüstana yollanan “Simurq” ilk məşqinə çıxıb. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tiflisdə “Kopala” otelində məskunlaşan komanda 2 saata yaxın davam edən hazırlıq prosesində isinmə hərəkətlərindən sonra qısa ötürmələr üzərində çalışıb.
Daha sonra 3 qrupa bölünən futbolçular 2 tərəfli oyunla hazırlıqları tamamlayıb. Gürcü mütəxəssis Georgi Çixradze təşkil olunmuş təlim-məşq toplanışına əvəzedici heyətdən Arzuman Nəsibov, Həsən Qəhramanov və Ruslan Qetmanı da cəlb edib.
Qeyd edək ki, “Simurq” sentyabrın 9-na qədər qonşu ölkədə qalacaq. Sabahdan “sarı-qaralar” gündə 2 dəfə olmaqla təlim-məşq toplanışını davam etdirəcək.
