"Simurq" hazırlıqlarını Türkiyədə davam etdirir. Korner.az-ın məlumatına görə, Zaqatal təmsilçisinin düşərgəsinə yeni futbolçu qoşulub. Bu xorvatiyalı qapıçı İvan Radosdur. 28 yaşlı uca boya malik əlcək sahibi tibbi müayinədən keçdikdən sonra komandanın məşqlərinə qatılıb. Baş məşqçi Georgi Çixradze baxışda olan bir futbolçu ilə bağlı isə qərarını verib. Belə ki, gürcü mütəxəssis albaniyalı hücumçu Vilfor Xisanı vətəninə yola salıb. Digər baxışda olan futbolçular haqqında son qərar isə “Spartak-Nalçik”lə bu günkü oyundan sonra veriləcək.
Sonda qeyd edək ki, 192 sm boyu olan Radosun son klubu Macarıstanın “Dioşdiyor” klubu olub.