Türkiyədə növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" gündə iki dəfə olaraq məşqə çıxır.
Korner.az-ın məlumatına görə, əsasən fiziki tapşırıqlar üzərində çalışan komanda bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək. Sarı-qaraların bu dəfəki rəqibi Rusiyanın "Spartak" (Nalçik) klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, "Simurq" ilk yoldaşlıq görüşündə Türkiyənin "Kocaelispor" kollektivini 4:2 hesabı ilə məğlub edib.
