Simurq heyətini daha iki legionerlə gücləndirdi. Korner.az– ın məlumatına görə, komanda 29 yaşlı Mario Boziç və 28 yaşlı Zdravko Popoviçlə 1 illik müqavilə imzalayıb. Serbiyali yarımmüdafiəçi Mario 25, xorvat hücumçu Popoviç isə 10 nömrəli formanı geyinəcəklər. Artıq oyunçular məşqlərdə iştirak edirlər. Onların hətta "Turan"la oyunda da meydana çıxmaq ehtimalları var.
