"Simurq"un Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı artıq yekunlaşmaq üzrədir. Korner.az-ın məlumatına görə, gündə iki məşqə çıxan "sarı-qaralar" səhər hazırlığını fitnes zalda davam etdirib. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında məşq edən Zaqatala təmsilçisi, axşam məşqində isə əsasən taktiki ağırlıqlı tapşırıqlar üzərində işləyib. Daha sonra qısa ötürmələr və qapıya zərbələr üzərində çalışan komandamız, sonda iki tərəfli oyunla bu günlük məşqi tamamlayıb.
Qeyd edək ki, "Simurq" sabah bir məşqə çıxacaq. Axşam saatlarında baş tutacaq hazırlıqdan sonra Zaqatala təmsilçisi Gürcüstan toplanışın tamamlayacaq və 8-i Rustavi şəhərinin "Metalurq" klubu ilə yoldaşlıq görüşü keçirdəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bundan sonra komandamız təlim-məşq toplanışın başa vuraraq Zaqatalaya geri dönəcək.
