Tiflisdə təlim-məşq toplanışında olan "Simurq" klubu hazırlıqlara ara vermədən davam edir. Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda dünən paytaxt təmsilsiçi "Lokomotiv"lə keçirdiyi yoldaşlıq görüşündən sonra bu gün bərpaedici məşqə çıxıb. Baş məşqçi Georgi Çixradze əvvəlcə yetirmələrinə uzun məsafəyə qaçış tapşırığını verib. İsinmə hərəkətlərindən sonra üç qrupa bölünən futbolçular bugünkü məşqi kvadrat oynamaqla davam etdirib. Sonda qapıya zərbələr üzərində çalışılıb.
Qeyd edək ki, səhər hazırlığından sonra gürcü mütəxəssis futbolçularına istirahət verib. Sabahdan komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirəcək.
