"Simurq" klubu Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ötən gün ilk yoldaşlıq görüşünə çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tiflisin "Lokomotiv" klubu ilə qarşılaşan komanda oyundan 2:1 hesablı qələbəylə ayrılıb.
Tiflis təmsilçisinin təlim-məşq bazasının stadionunda keçirilən matçda "sarı-qaralar"ın qollarını 80-cı dəqiqədə Asif Mirili və 88-ci dəqiqədə Rəşad Eyyubov vurub.
Qeyd edək ki, "Simurq" qonşu ölkədə bundan başqa daha iki yoldaşlıq görüşündə gücünü sınayacaq. Ancaq hələ ki, rəqiblərin kim olacağı məlum deyil.
