"Simurq" klubunun Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı artıq yekunlaşmaq üzrədir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gündə iki məşq çıxan "sarı-qaralar" səhər hazırlığın fitnes zalda davam etdirib.
Fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında məşq edən Zaqatala təmsilçisi axşam məşqində əsasən taktiki ağırlıqlı tapşırıqlar üzərində işləyib. Daha sonra qısa ötürmələr və qapıya zərbələr üzərində çalışan komanda sonda iki tərəfli oyunla bu günlük məşqi tamamlayıb.
Qeyd edək ki, "Simurq" sabah daha bir məşqə çıxacaq. Axşam saatlarında baş tutacaq hazırlıqdan sonra Zaqatala təmsilçisi Gürcüstan toplanışını tamamlayacaq və ayın 8-də Rustavi şəhərinin "Metalurq" klubu ilə yoldaşlıq görüşü keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bundan sonra komanda təlim-məşq toplanışın başa vuraraq Zaqatalaya geri dönəcək.
