Sezar Meza Kolli “Keşlə”dən ayrıla bilər
24.07.2018 , 20:30

“Keşlə” yarımmüdafiəçisi Sezar Meza Kolli ilə yolları ayıra bilər.
Paraqvaylı futbolçu Rumıniyadan təklif alıb. 26 yaşlı yarımmüdafiəçini yüksək dəstədə çıxış edən “Krayova” klubu transfer etmək istəyir. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Sezar Meza Kolli bu ilin yanvarından “Keşlə”də çıxış edir.
