“Sevilya”dan ayrılır
07.03.2024 , 15:56

“Sevilya”nın futbolçusu Serxio Ramos mövsümün sonunda klubdan ayrılacaq.
Korner.az xəbər verir ki, 37 yaşlı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
“Əl İttihad” Ramosla yaxından maraqlanır. Klub mövsümün sonunda ispan müdafiəçini transfer etmək niyyətindədir.
