“Sevilya”dan “Ayaks”a
01.09.2022 , 15:34
“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Niderland təmsilçisi “Sevilya”dan Lukas Okamposu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayına qədər “Ayaks”da çıxış edəcək.
Argentinalı futbolçu 2019-cu ilin yayından “Sevilya”da çıxış edir.