“Sevilya”da Ramon Monçi dönəmi bitdi
16.06.2023 , 23:09

UEFA Avropa Liqasının çempionu “Sevilya” idman direktoru Ramon Monçi ilə yollarını ayırdığını açıqlayıb.
Korner.az xəbər verir ki, İspaniya klubunun yaydığı açıqlamada 54 yaşlı ispan çalışdırıcının qarşılıqlı razılaşma əsasında klubdakı vəzifəsindən ayrıldığı bildirilib.
Monçinin yaxın günlərdə mətbuata açıqlama verəcəyi və “Sevilya” ilə vidalaşacağı diqqətə çatdırılıb.
2019-cu ildən “Sevilya”da idman direktoru vəzifəsində çalışan ispaniyalı çalışdırıcı sonuncu dəfə “Sevilya” ilə UEFA Avropa Liqası çempionluğunu qazanıb.
Mina Musayeva
