Sertanın komandasından məğlubiyyət
03.04.2024 , 12:28
Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi “Manisa” “Bodrumspor”u qəbul edib 0:1 hesabı ilə mməğlub olub.
Sertan da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb sona qədər oynayıb.
Qeyd edək ki, “Manisa” 31 xalla 13-cü pillədədir. “Bodrumspöor” isə 47 xalla 4-cüdür. Turnir cədvəlinə 64 xalla Ardan Turanın çalışdırdığı “Eyüpspor” başçılıq edir.
