Serbiya – Azərbaycan oyununun stadionu bilindi
03.08.2023 , 15:49

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Serbiya – Azərbaycan qarşılaşması sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.
Oyunun başlama vaxtı ilə bağlı məlumat veriləcəyi vurğulanıb.
