Serbiya – Azərbaycan oyununun başlama saatı
14.08.2023 , 10:57

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun başlama saatı açıqlanıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
