big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Şenol Günəş: “Çətin matç olacaq”

09.08.2023 , 20:59

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” ilə matçından öncə mətbuat konfransında iştirak edib.

Korner.az xəbər verir ki, o, sabahkı matçın çətin olacağını söyləyib:

“Axşamınız xeyir! Burada olduğumuz üçün xoşbəxtik! Sabah hər iki komanda üçün çətin və gözəl oyun olacaq. Hər iki tərəf növbəti mərhələyə keçmək istəyir.

Mərhəmətli və cəsur olmaqla, kiməsə yuxarıdan aşağı baxmaq fərqlidir. Rəqiblərin hər biri önəmli və vacibdir. Bizim üçün hər matç vacibdir. Yuxarıdan-aşağıya baxmağı insan kimi qətiyyən qəbul etmirəm. Bu gün güclü olan komanda sabah zəif çıxış edə bilər. Futbol oyundur. Onun içərisində hər iki tərəf xoşbəxt sonluq axtarır. Bəzən çıxan sürprizlər fərqli düşüncələr yarada bilər. “Neftçi”, “Qarabağ”, “Sabah” avrokuboklarda mübarizə aparırlar. Qardaş ölkə olmağımıza rəğmən, qələbə uğrunda mübarizə aparacağıq.

“Beşiktaş”ın burada çoxlu azarkeşi var. “Sabah”la yoldaşlıq görüşündə onlar bizə dəstək oldular. Onlar üçün yaxşı komanda qurmağa çalışırıq. Azarkeşlərin dostluq daxilində matçı izləmələrini istəyirəm. Albaniyada xoş olmayan hallar yaşandı. Hava limanında azarkeşlər bizi qarşıladılar. Onlara təşəkkür edirəm. Havaya sovrulan maddələrdən istifadəni qəbul etmirəm. Heç də gözəl görünmür. Əsas olan bizə dəstək olmalarıdır. Onlara layiq komanda olmağa çalışırıq. Şiddətdən uzaq olmaqlarını ümid edirəm. Burada problemlərin çıxacağını düşünmürəm.

Cenk Tosunu Bakıya gətirmədik. Masuaku cəzalıdır. Start heyəti sabah görəcəyik. Futbolçuların hamısının oynamaq şansı var. Zədəsi olan futbolçular haqda fikir bildirmək düzgün deyil. Cenkin durumu hazırda nisbətən yaxşıdır.

“Neftçi” yaxşı transferlər edib. Ən bahalı komanda adını alıblar. Bəzi futbolçularını “Qarabağ”dan alıblar. Çox iddialıdırlar. Yerli oyunçuları çoxdur. İki oyunlarını izləmişik. Futbolda gözlənilməz hallar yaşanır. Çətin matç olacaq. “Tirana”dan daha yaxşı komanda ilə qarşılaşacağıq. Hücumda Filip Ozobiç, mərkəzdə Emin Mahmudov, Eddi İsrafilov kimi futbolçuları var. Bütün oyunçuları çox istedadlıdır. Əsas olan meydançada göstəriləndir.

Transferlərdən danışmağın mənası yoxdur. Keçən mövsüm müdafiəçilərimizin sayı az idi. Afrikalı futbolçu almamağa çalışırıq. Ehtiyac olarsa, ala bilərik.

Keçmişdə Azərbaycanda işləmək təklifi almışdım. Mən çox transfer edən məşqçi deyiləm. Bakı şəhərində olduğum üçün şadam. Mütləq burada çalışacağam deyə fikir yoxdur. Fikir mübadiləsi aparırıq. Hazırkı iş yerimdən razıyam.

Futbol təcrübəsi olaraq buradakı səmimi münasibətlər nəticəsində işləri genişləndirə bilərik. Bu dəqiqə “Neftçi”nin problemlərini onlar daha yaxşı bilir. Biz onların, onlar isə bizim boşluqlarımızı axtaracaq. Bütün diqqətimizi oyuna yönəltməliyik.

Avrokuboklarda çıxış edən klublarımız yaxşı irəliləyirlər. Yenidən xallar yığmalıyıq. İşimiz çox çətindir. Əsas məsələ qruplara vəsiqə qazanmaqdır. Bütün Türkiyə klublarının uğurlu olmasını çox istəyirəm. Elə “Neftçi”nin də uğurlu olmasını arzu edirəm”.

İstanbul klubu 2-ci təsnifat mərhələsində 2 oyunun nəticəsinə görə, Albaniya “Tirana”sını məğlub etmişdi.

Son yazılar

To Top