Türkiyənin "Fənərbağça" klubu seneqallı futbolçusu İssia Dia ilə yollarını ayırır. Korner.az-ın məlumatına görə, geridə qoyduğumuz mövsümdə əsas heyətə düşməkdə çətinlik çəkən 25 yaşlı futbolçu Qətərin "Lexviya" klubu ilə danışıqlara başlayıb. Bunu klubun özüdə təsdiq edib.
2010-cu ildə Fransanın "Nansi" klubundan 6,5 milyon avro qarşılığında "Fənər"ə keçən Dianın klubdan ayrılacağı dəqiqləşib.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)