Futbol

“Sektor 11” yeni avrokubok mövsümünə fərqli hazırlıq görür

15.05.2012 , 21:04

Real dünyada çoxlarının bacarmadığını virtual aləmdə etdi onlar. Onları sosial şəbəkədən doğulan fan-klub da adlandırmaq olar. "Sektor 11". 2 yaşlı bu fanat qrupu geridə qalan müddətdə idmanın bütün növlərində həm milli, həm də klub səviyyəsində təmənnasız dəstək qrupu oldu. Avrokubok mövsümü başladığından, fan-klub yenidən təşkilatlanmağa və üzvlərinin sayını artırmağa qərar verib. Bu barədə qrupun təsisçisi Elnur Şərifli feysbuk səhifəsində məlumat verib.

1 iyundan etibarən "Sector 11"-ə üzv olmaq istəyən hər kəs gəlib qeydiyyatdan keçə bilər. Köhnə üzvlərimiz də yenidən qeydiyyatdan keçməli olacaqlar, bir sözlə hər şeyi yeniləcəyik. Bu avrokuboklarda hər kəs tamam fərqli və daha da möhtəşəm "Sector 11" görəcək. T.Bəhramov adına stadionda bu günə qədər heç kim tərəfindən görülməyən və edilməyən şoularımız olacaq. Polşa və Türkiyədən yeni sifariş verdiyimiz atributlarımızı da iyun ayından etibarən əldə edə biləcəksiniz. Üzv olmaq üçün ən azı 16 yaşınız olmalı, stadionda davranışınızı bilməli, üzvlərə hörmət etməli, stadiondakı qaydalara riayət etməli, görüşlərdə və matçlarda fəal iştirak etməlisiniz.

Lazım olan sənədlər:
Doldurulmuş "Sector 11" üzvlük blankı
Şəxsiyyət vəsiqəsinin surəti

Öhdəliklər:
Hər hansı "Sector 11" atributu almaq
Oyunlardan əvvəl hazırlıq görmək üçün 0,50 – 1 Azn

Qeyd: Qrupa üzvlük üçün http://www.facebook.com/11sector linkinə daxil olmaq lazımdır.

Son yazılar

Yuxarı