Bir müddətdi fəaliyyətini donduran “Sektor 11” azarkeş qrupu yenidən fəallaşır.
Bu barədə fan-qrupun rəhbəri Elnur Şərifli Korner.az-a açıqlamasında məlumat verib.
Elnur Şərifli: “Bildiyiniz kimi , maliyyə cəhətdən çox ağır problerimiz varıydı, çünki biz Azərbaycandakı digər dırnaqarası fanklublardan deyilik, və həmişə də bunlara oxşamamağa çalışmışıq. Daim yeniliklər etməyə , Avropasayağı şoular göstərməyə cəhd etmişik. Amma maliyyə problemi üzündən qrupu müvəqqəti olaraq bağlamağı qərara aldıq. Çünki bir neçə üzvdən başqa heç kim üzvlük haqqını ödəmirdi və həmişə eyni üzvlər büdcəyə pul qoyurdular. Bu dəfə müzakirə etdik yenidən və bütün hər kəsin “Sector 11″i yenidən tribunlarda görmək istədiyi görüb geriyə qayıtmağı qərara aldıq. Çünki mən və digər Avropada təhsil alan üzvlərimiz Avropa azarkeşlik mədəniyyəti ilə yaxından tanışıq, vaxtımız olduqca daim müxtəlif Avropa ölkələrindəki matçlara getməyə çalışır, onların tribuna mədəniyyəti ilə tanış oluruq. Hazırda mənim Legia Varşavanın əsas azarkeş qrupu olan “Zyleta”nın lideri ilə Polşada yaxşı əlaqələrim var. Hər zaman onunla əlaqə saxlayıram və “Sector 11″in əsl Avropasayağı qrup kimi formalaşmasında öz məsləhətlərini paylaşır. Daim onlarda gördüklərimizi mənimsəməyə çalışırıq və Azərbaycanda tətbiq etməyə çalışırıq. Artıq hər kəs işə məsuliyyətli yanaşacağına söz verib, İnşallah yenidən əvvəlkindən də möhtəşəm bir “Sector 11” görəcəksiniz.
Rəsmi səhifəmiz sector11.az da bu həftənin sonuna qədər fəaliyyətinə başlayacaq”.
