Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutan “Bakı” – “Mura” matçında “Sector 11” Azad Azarkeş Qrupu Azərbaycan fan klubları içərisində ilkə imza atıb. Korner.az-ın məlumatına görə, "Sector 11" Azərbaycan fan klublar tarixində ən böyük pankartı açıb.
Pankartın ölçüsü 89 kv. metr olub. İndiyədək milli və klublar səviyəsində keçirilmiş oyunlarda bu böyüklüyündə pankart açılmayıb. Pankartın üzərində skelet başı təsvir olunub. "Ready to kill for you" ("Sənin üçün öldürməyə də hazırıq") sözləri isə pankartın aşağı hissəsində yazılıb.
